• Home  
  • Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakının Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana […]

Cəmiyyət

Bakının Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.