• Home  
  • Havayda “Lala” qasırğası səbəbindən 70 mindən çox istehlakçı işıqsız qalıb
- Dünya - Gündəm - Hadisə

Havayda “Lala” qasırğası səbəbindən 70 mindən çox istehlakçı işıqsız qalıb

“Lala” qasırğası Havay arxipelaqının Böyük adasında şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələrinə səbəb olub. Əks-səda “CBS News”a istinadən xəbər verir ki, 1-ci kateqoriyalı fırtına güclənərək maksimal sürəti saatda 80 mil olan qasırğaya çevrilib. Havay ştatının qubernatoru Coş Qrin sosial şəbəkədə paylaşdığı videomüraciətdə insanları evlərində qalmağa çağırıb. Elektrik kəsintilərini izləyən “PowerOutage.us” xidmətinin son məlumatlarına görə, ştatda təxminən […]

“Lala” qasırğası Havay arxipelaqının Böyük adasında şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.

Əks-səda “CBS News”a istinadən xəbər verir ki, 1-ci kateqoriyalı fırtına güclənərək maksimal sürəti saatda 80 mil olan qasırğaya çevrilib.

Havay ştatının qubernatoru Coş Qrin sosial şəbəkədə paylaşdığı videomüraciətdə insanları evlərində qalmağa çağırıb.

Elektrik kəsintilərini izləyən “PowerOutage.us” xidmətinin son məlumatlarına görə, ştatda təxminən 76 min istehlakçı işıqsız qalıb ki, bu da sakinlərin ümumi sayının təxminən 15 %-ni təşkil edir.

Havay Fövqəladə Hallar Agentliyi bildirib ki, Böyük adada ağaclar aşıb və elektrik xəttləri qırılıb.

Rəsmilərin sözlərinə görə, Böyük adada yerləşən hava limanları müvəqqəti olaraq bağlanıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək məqsədilə Havay Milli Qvardiyasının 180-ə yaxın hərbi qulluqçusu göndərilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.