• Home  
  • Ermənistanda fermerlər məhsulların aşağı alış qiymətlərinə görə yolu bağlayıblar
- Dünya - Gündəm

Ermənistanda fermerlər məhsulların aşağı alış qiymətlərinə görə yolu bağlayıblar

Ermənistanda fermerlər şaftalı və digər kənd təsərrüfatı məhsullarının aşağı alış qiymətlərinə etiraz olaraq Xancyan kəndi yaxınlığında yolu bağlayıblar. Əks-səda Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları bildiriblər ki, hazırkı qiymətlər istehsal xərclərini qarşılamağa imkan vermir. Bundan əlavə, tədarükdə yaranan gecikmələr səbəbindən yığılan məhsul xarab olur. Aksiya keçirilən əraziyə Armavir şəhərinin meri Varşam Sarkisyan da gəlib. O, […]

Ermənistanda fermerlər şaftalı və digər kənd təsərrüfatı məhsullarının aşağı alış qiymətlərinə etiraz olaraq Xancyan kəndi yaxınlığında yolu bağlayıblar.

Əks-səda Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları bildiriblər ki, hazırkı qiymətlər istehsal xərclərini qarşılamağa imkan vermir. Bundan əlavə, tədarükdə yaranan gecikmələr səbəbindən yığılan məhsul xarab olur.

Aksiya keçirilən əraziyə Armavir şəhərinin meri Varşam Sarkisyan da gəlib. O, bəzi iştirakçıların yaranmış problemdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını bildirib. Onun sözlərinə görə, fermerlər vəziyyəti müzakirə etmək üçün görüşə dəvət olunublar, lakin onlar bundan imtina edərək yolu bağlamağa qərar veriblər.

Fermerlər isə merin bu versiyası ilə razılaşmayıblar. Belə ki, vilayət administrasiyasında görüş keçirilib, lakin problemin konkret həlli ilə bağlı razılıq əldə etmək mümkün olmayıb.

Sarkisyan bildirib ki, məhsulun bir hissəsinin quru meyvə istehsalçıları tərəfindən, qalan hissəsinin isə yerli alıcılar tərəfindən alınması barədə razılıq əldə olunub. Lakin fermerlər təklif edilən qiymətləri çox aşağı hesab edirlər. Onların sözlərinə görə, ixrac üçün nəzərdə tutulan şaftalının bir kiloqramına təxminən 100 dram (0,47 qəpik) təklif olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.