• Home  
  • Strasburqda narkotik daşıyan dronlar tibbi helikopterlərin işinə mane olur
- Dünya - Gündəm - KriminaI

Strasburqda narkotik daşıyan dronlar tibbi helikopterlərin işinə mane olur

Fransanın şərqində yerləşən Strasburq şəhərində artıq üç həftədir ki, yerli istintaq təcridxanasının üzərində dronların aktivliyi səbəbindən tibbi helikopterlər gecə saatlarında xəstə və yaralıları birbaşa böyük xəstəxanaya çatdıra bilmir. Əks-səda “France Presse” agentliyinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatlarından məhbuslara qanunsuz olaraq narkotik vasitələr, mobil telefonlar və silah çatdırmaq üçün istifadə edilir. Dronların aktivliyi səbəbindən təcili […]

Fransanın şərqində yerləşən Strasburq şəhərində artıq üç həftədir ki, yerli istintaq təcridxanasının üzərində dronların aktivliyi səbəbindən tibbi helikopterlər gecə saatlarında xəstə və yaralıları birbaşa böyük xəstəxanaya çatdıra bilmir.

Əks-səda “France Presse” agentliyinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatlarından məhbuslara qanunsuz olaraq narkotik vasitələr, mobil telefonlar və silah çatdırmaq üçün istifadə edilir.

Dronların aktivliyi səbəbindən təcili tibbi yardım və mülki təhlükəsizlik xidmətlərinin xəstəxanaya gecə uçuşları dayandırılıb. Hazırda helikopterlər başqa aerodroma enir, bundan sonra xəstələr yerüstü nəqliyyat vasitələri ilə xəstəxanaya çatdırılır.

Daha əvvəl “Figaro” qəzeti ölkənin şərqində beş nəfərin saxlanıldığını bildirmişdi. Həmin şəxslərin dronlardan istifadə edərək istintaq təcridxanasına narkotik vasitələrdən ibarət 1,8 mindən çox bağlama çatdırdıqları müəyyən edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.