• Home  
  • Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Moskva vilayətinin Serkovo kəndində antiterror təlimləri zamanı məktəbdə səs qumbarası partlayıb, nəticədə dörd pedaqoq xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb. Məşq zamanı təhsil müəssisəsinin pəncərəsindən səs qumbarası atılıb. Hərbi sursat stolun üzərinə düşüb və partlayıb. Hadisə yerində müvafiq xidmətlər fəaliyyət göstərir. Mütəxəssislər baş verən insidentin bütün hallarını və səbəblərini araşdırırlar.

Moskva vilayətinin Serkovo kəndində antiterror təlimləri zamanı məktəbdə səs qumbarası partlayıb, nəticədə dörd pedaqoq xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Məşq zamanı təhsil müəssisəsinin pəncərəsindən səs qumbarası atılıb. Hərbi sursat stolun üzərinə düşüb və partlayıb.

Hadisə yerində müvafiq xidmətlər fəaliyyət göstərir. Mütəxəssislər baş verən insidentin bütün hallarını və səbəblərini araşdırırlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.