• Home  
  • Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
- Dünya - Gündəm - Hadisə

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

Ukrayna Silahlı Qüvvələri avqustun 17-də və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib. Əks-səda Ukrayna Silahlı Qüvvələrinə istinadən xəbər verir ki, vurulan hədəflər pilotsuz uçuş aparatları (PUA) idarəetmə məntəqələri və sursat anbarıdır. Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı vurulub. Bundan əlavə, Ukrayna hərbçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belqorod vilayətində […]

Ukrayna Silahlı Qüvvələri avqustun 17-də və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.

Əks-səda Ukrayna Silahlı Qüvvələrinə istinadən xəbər verir ki, vurulan hədəflər pilotsuz uçuş aparatları (PUA) idarəetmə məntəqələri və sursat anbarıdır.

Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı vurulub.

Bundan əlavə, Ukrayna hərbçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belqorod vilayətində Rusiya ordusuna məxsus 6 PUA idarəetmə məntəqəsini vurublar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.