• Home  
  • Qazaxıstanda xərçəng əleyhinə yerli dərmanın klinik sınaqları keçirilir
- Dünya - Elm - Gündəm - Sağlamlıq

Qazaxıstanda xərçəng əleyhinə yerli dərmanın klinik sınaqları keçirilir

Qazaxıstanın paytaxtı Astanada yeni yerli xərçəng əleyhinə DVC preparatının klinik sınaqlarının ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Əks-səda Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib. Onun sözlərinə görə, yeni yerli xərçəng əleyhinə DVC preparatı “Nazarbayev University” alimləri tərəfindən hazırlanıb. Hazırda ikinci mərhələ keçirilir, doza və insan […]

Qazaxıstanın paytaxtı Astanada yeni yerli xərçəng əleyhinə DVC preparatının klinik sınaqlarının ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Əks-səda Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.

Onun sözlərinə görə, yeni yerli xərçəng əleyhinə DVC preparatı “Nazarbayev University” alimləri tərəfindən hazırlanıb. Hazırda ikinci mərhələ keçirilir, doza və insan orqanizminin reaksiyası yoxlanılır.

Əgər preparat ölkə daxilində satılacaqsa, onu ölkənin Səhiyyə Nazirliyi yoxlayacaq, beynəlxalq bazara çıxmaq istədikdə isə beynəlxalq qurumlara müraciət etmək lazım gələcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.