• Home  
  • BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
- Dünya - Gündəm - İQTİSADİYYAT

BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran arasında bütün ticarət, kommersiya, maliyyə əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin sözçüsü Əfra Əl-Hameli bildirib. Onun sözlərinə görə, qərar regional, beynəlxalq sülh və təhlükəsizliyi pozan regional eskalasiya fonunda verilib. Əl-Hameli BƏƏ ilə İran arasında iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı bütün iddiaları […]

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran arasında bütün ticarət, kommersiya, maliyyə əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılıb.

Əks-səda xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin sözçüsü Əfra Əl-Hameli bildirib.

Onun sözlərinə görə, qərar regional, beynəlxalq sülh və təhlükəsizliyi pozan regional eskalasiya fonunda verilib.

Əl-Hameli BƏƏ ilə İran arasında iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı bütün iddiaları rədd edərək, Əbu Dabinin sülh, sabitlik və rifahın təşviqi vasitəsi kimi dialoq, əməkdaşlıq, regional inteqrasiyaya sadiqliyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, BƏƏ beynəlxalq hüquqa və dünya standartlara uyğun olaraq beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunması prinsiplərinə sadiq qalmağa davam edəcək.

Daha əvvəl BƏƏ-nin Müdafiə Nazirliyi İrandan atılan iki ballistik raket aşkar etdiyini açıqlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.