• Home  
  • Ufaya dron zərbələri nəticəsində neft emalı zavodunda yanğın baş verib
- Dünya - Gündəm - Hadisə

Ufaya dron zərbələri nəticəsində neft emalı zavodunda yanğın baş verib

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) gecə saatlarında Rusiyanın Ufa şəhərinə hücumundan sonra neft emalı zavodunda yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radi Xabirov sosial şəbəkə hesabında bildirib. “Neft emalı zavodlarının birində kiçik yanğın baş verib. Hazırda dəymiş ziyan qiymətləndirilir, zərbə təmirdə olan qurğuya dəyib. Düşünürəm ki, bir-iki gün ərzində bütün […]

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) gecə saatlarında Rusiyanın Ufa şəhərinə hücumundan sonra neft emalı zavodunda yanğın baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radi Xabirov sosial şəbəkə hesabında bildirib.

“Neft emalı zavodlarının birində kiçik yanğın baş verib. Hazırda dəymiş ziyan qiymətləndirilir, zərbə təmirdə olan qurğuya dəyib. Düşünürəm ki, bir-iki gün ərzində bütün bunlar bərpa olunacaq”, – o yazıb.

Onun sözlərinə görə, altı PUA-dan dördü vurulub, onlardan biri sənaye zonasına düşərək yanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.