• Home  
  • UEFA Çempionlar Liqası: “Sabah” ilk oyunda “Hapoel”ə uduzub
- Gündəm - Idman - Ölkə

UEFA Çempionlar Liqası: “Sabah” ilk oyunda “Hapoel”ə uduzub

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Əks-səda xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel” (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib. Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 2:1. 6-cı dəqiqədə “Sabah”ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib. Qeyd edək […]

İdman

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Əks-səda xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel” (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib.

Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 2:1.

6-cı dəqiqədə “Sabah”ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.