• Home  
  • Ben-Qurion aeroportunun işçiləri tətil edirlər
- Dünya - Gündəm - Hadisə

Ben-Qurion aeroportunun işçiləri tətil edirlər

Ben-Qurion hava limanının əməkdaşları tətil ediblər. Əks-səda xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Məlumata görə, bu da hava limanının bağlanmasına və onlarla reysin təxirə salınmasına səbəb ola bilər. Pilotlara və aviaşirkətlərə hava limanının Bakı vaxtı ilə saat 15:00-da bağlanacağı barədə məlumat verilib. Bir təyyarə artıq havada geri dönməyə məcbur olub, daha […]

Ben Qurion, tətil

Ben-Qurion hava limanının əməkdaşları tətil ediblər.

Əks-səda xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, bu da hava limanının bağlanmasına və onlarla reysin təxirə salınmasına səbəb ola bilər.

Pilotlara və aviaşirkətlərə hava limanının Bakı vaxtı ilə saat 15:00-da bağlanacağı barədə məlumat verilib. Bir təyyarə artıq havada geri dönməyə məcbur olub, daha onlarla reys analoji vəziyyətlə üzləşə bilər.

İşçilər sərnişinlərə xidmət göstərmək üçün personal çatışmazlığından şikayətlənirlər. İsrail Hava Limanları İdarəsi əməkdaşlardan işə qayıtmağı tələb edib və hava limanı işçilərinin həmkarlar ittifaqına qarşı məhkəmə tədbirləri görəcəyi ilə hədələyib.

İsrail Nəqliyyat Nazirliyinin nümayəndələri bildiriblər ki, tətil təsdiqlənəcəyi təqdirdə “başlar uçacaq, işçilər isə evlərinə yollanacaq”.

Bu gün hava limanı 600 reys üzrə rekord sayda – 107 min sərnişinə xidmət göstərməlidir, bu da son bir ilin ən yüksək göstəricisidir. Uçuş zalı qeydiyyatdan və təhlükəsizlik nəzarətindən keçməyi gözləyən sərnişinlərlə doludur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.