• Home  
  • “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb
- Gündəm - Idman - Ölkə

“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 […]

İdman

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Sözügedən turda baş tutan “Qarabağ” – “Şamaxı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.