Permdə (Rusiya) “LUKOYL-Permnefteorqsintez” neft emalı zavoduna dronla zərbə endirilib.
Əks-səda xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Məlumata görə, zərbədən sonra müəssisənin ərazisində genişmiqyaslı yanğın baş verib.
Hücumun xarakteri və dəyən ziyanın miqyası barədə rəsmi məlumat hələlik açıqlanmır. Bundan başqa, Permdə hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.


