Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində ən azı 329 nəfər həlak olub, 247 nəfər isə itkin düşüb.
Əks-səda xəbər verir ki, bu barədə Təbii Fəlakət Risklərinin İdarəedilməsi Xidməti (UNGRD) “X” sosial şəbəkəsində məlumat yayıb.
“329 nəfər ölüb, 4 600 nəfər yaralanıb, 247 nəfər itkin düşüb, 364 nəfər isə xilas edilib”, – məlumatda bildirilir.
Bundan başqa, xilasedicilər 1,2 mindən çox heyvanı xilas ediblər.
Hökumətin son qiymətləndirmələrinə görə, yeraltı təkanlar nəticəsində 31 mindən çox yaşayış evi tamamilə dağılıb.


