ABŞ-nin Florida ştatının Boka-Raton şəhərində yüngül mühərrikli təyyarə çimərlik yaxınlığında qəzaya uğrayıb.
Əks-səda xəbər verir ki, qəza zamanı təyyarədə bir nəfər olub.
O, ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Yerli medianın məlumatına görə, həmin şəxsin həyatı üçün təhlükə yoxdur.
Mülki Aviasiya Federal İdarəsi qəzanın səbəbini və başvermə şəraitini araşdırır. Mütəxəssislər həmçinin təyyarəni sudan çıxarmaq üçün çalışırlar.


