• Home  
  • “Nvidia”nın ən böyük müştərilərinə server qiymətlərinin artımı ilə bağlı xəbərdarlıq edilib
- Dünya - Gündəm - İQTİSADİYYAT - Texnologiya

“Nvidia”nın ən böyük müştərilərinə server qiymətlərinin artımı ilə bağlı xəbərdarlıq edilib

ABŞ-nin “Nvidia” texnologiya şirkətininn ən böyük müştərilərindən bəzilərinə süni intellekt çiplərinin olduğu server sistemlərində qiymətlərin 15 %-dən çox artımı barədə xəbərdarlıq edilib. Əks-səda “Bloomberg”ə istinadən xəbər verir ki, “Microsoft”, “Google” və “Oracle” da daxil olmaqla, əsas məlumat mərkəzi operatorları ilə müqavilələr çərçivəsində işləyən server istehsalçıları müştərilərə qarşıdan gələn qiymət artımları barədə məlumatlandırıblar. Dəyişikliyin 2027-ci ilin əvvəlində […]

Nvidia

ABŞ-nin “Nvidia” texnologiya şirkətininn ən böyük müştərilərindən bəzilərinə süni intellekt çiplərinin olduğu server sistemlərində qiymətlərin 15 %-dən çox artımı barədə xəbərdarlıq edilib.

Əks-səda “Bloomberg”ə istinadən xəbər verir ki, “Microsoft”, “Google” və “Oracle” da daxil olmaqla, əsas məlumat mərkəzi operatorları ilə müqavilələr çərçivəsində işləyən server istehsalçıları müştərilərə qarşıdan gələn qiymət artımları barədə məlumatlandırıblar.

Dəyişikliyin 2027-ci ilin əvvəlində çatdırılması planlaşdırılan server sistemlərinə təsir edəcəyi gözlənilir. “Nvidi”a hələlik məlumatla bağlı şərh verməyib.

“Bloomberg”in məlumatına görə, “Nvidia”nın süni intellekt sürətləndiricilərinin performansı əsasən onlarla istifadə edilən dinamik təsadüfi giriş yaddaşının (DRAM) miqdarından asılıdır.

Qeyd edək ki, dünyanın aparıcı yaddaş çipi istehsalçıları Cənubi Koreyanın “SK Hynix” və “Samsung”, eləcə də Amerikanın “Micron Technology” şirkətidir. İstehsal həcmlərinin artmasına baxmayaraq, şirkətlər hələ də artan tələbatı ödəyə bilmirlər ki, bu da yaddaş çiplərinin qiymətlərinin artmasına və istehsalçılarının qlobal texnologiya bazarındakı mövqeyinin möhkəmlənməsinə səbəb olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.