• Home  
  • Tayvanda yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Tayvanda yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb

Tayvanın cənub-qərbindəki Taynan şəhəri yaxınlığında baş verən yanğın və ardınca partlayış nəticəsində azı 15 nəfər xəsarət alıb, 68 evə ziyan dəyib. Əks-səda xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb. Yanğın boş ərazidə zibil tullantılarının yığıldığı yerdə başlayıb, ardınca partlayış baş verib. Yanğınla mübarizə aparmaq və sakinləri təxliyə etmək üçün əlli üç yanğınsöndürən maşını […]

Tayvan

Tayvanın cənub-qərbindəki Taynan şəhəri yaxınlığında baş verən yanğın və ardınca partlayış nəticəsində azı 15 nəfər xəsarət alıb, 68 evə ziyan dəyib.

Əks-səda xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.

Yanğın boş ərazidə zibil tullantılarının yığıldığı yerdə başlayıb, ardınca partlayış baş verib. Yanğınla mübarizə aparmaq və sakinləri təxliyə etmək üçün əlli üç yanğınsöndürən maşını və 144 yanğınsöndürən cəlb edilib. Yanğın dörd saatdan çox müddətdə tamamilə söndürülüb.

Son məlumatlara görə, 12 yerli sakin və üç yanğınsöndürən yüngül xəsarət alıb. Partlayış zamanı ən yaxın üç evə ciddi ziyan dəyib, digər binalar isə az zərər çəkib. Nəqliyyat vasitələri və yanğınsöndürmə avadanlıqları da zədələnib.

Yanğın və partlayışın səbəbi araşdırılır. İş əlavə araşdırma üçün prokurorluğa göndərilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.