• Home  
  • “Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb
- Gündəm - Idman - Ölkə

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Əks-səda Peşəkar Futol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının II turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 5:0. Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. “Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb. Qeyd edək ki, “Neftçi”nin ilk […]

İdman

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

Əks-səda Peşəkar Futol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının II turuna təsadüf edib.

Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 5:0.

Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. “Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb.

Qeyd edək ki, “Neftçi”nin ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. “Ağ-qaralar” Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.