• Home  
  • Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb

Fransanın cənubundakı Od departamentinin Poma kommunasında baş verən fırtına nəticəsində təxminən 3 000 ev elektriksiz qalıb. Əks-səda xəbər verir ki, fəlakət nəticəsində 26 nəfər yaralanıb. Onların vəziyyəti orta ağır hesab olunur. Bundan əlavə, təxminən 100 evə ciddi ziyan dəyib. Hadisə yerinə 115 yanğınsöndürən və xilasedici göndərilib. Ərazidə aşan ağaclar nəqliyyatın hərəkətini çətinləşdirib. Qasırğanın bölgədən keçən güclü ildırım […]

Fransa

Fransanın cənubundakı Od departamentinin Poma kommunasında baş verən fırtına nəticəsində təxminən 3 000 ev elektriksiz qalıb.

Əks-səda xəbər verir ki, fəlakət nəticəsində 26 nəfər yaralanıb. Onların vəziyyəti orta ağır hesab olunur.

Bundan əlavə, təxminən 100 evə ciddi ziyan dəyib.

Hadisə yerinə 115 yanğınsöndürən və xilasedici göndərilib. Ərazidə aşan ağaclar nəqliyyatın hərəkətini çətinləşdirib.

Qasırğanın bölgədən keçən güclü ildırım cəbhəsi fonunda yarandığı bildirilir.

“Meteo-France” Milli Meteorologiya Xidməti Fransanın cənubundakı 20 departamentində, o cümlədən Odda ildırım leysan yağışları ilə bağlı narıncı xəbərdarlıq elan edərək, şiddətli hava şəraiti riskinin olduğunu vurğulayıb.

Od departamentində bir saat ərzində 30 mm-dən çox yağıntı qeydə alınıb. Küləyin sürəti saniyədə 32,5 metrə çatıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.