• Home  
  • ABŞ sığınacaqla bağlı müraciət etmiş əcnəbilər üçün vizaları ləğv edə bilər
- Cəmiyyət - Dünya - Gündəm

ABŞ sığınacaqla bağlı müraciət etmiş əcnəbilər üçün vizaları ləğv edə bilər

ABŞ-nin Prezident Administrasiyası sığınacaq üçün müraciət etmiş və ya onu almaq prosesində olan əcnəbilər üçün 200 000-ə qədər turist və iş vizasını ləğv etməyi planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” (AP) ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb. Dövlət Departamenti ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi ilə qısamüddətli vizalarla ölkəyə daxil olan və sonra burada qalmaq […]

ABŞ

ABŞ-nin Prezident Administrasiyası sığınacaq üçün müraciət etmiş və ya onu almaq prosesində olan əcnəbilər üçün 200 000-ə qədər turist və iş vizasını ləğv etməyi planlaşdırır.

Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” (AP) ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb.

Dövlət Departamenti ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi ilə qısamüddətli vizalarla ölkəyə daxil olan və sonra burada qalmaq üçün sığınacaq üçün müraciət edən əcnəbiləri müəyyən etmək üçün əlaqələndirmə işləri aparır.

AP-nin Ağ Evdəki mənbələrinin məlumatına görə, Dövlət Departamenti yaxın həftələrdə yeni tədbirlər elan edə bilər. Bunlar ilk növəbədə son 10 il ərzində verilmiş B1/B2 turist və iş vizalarına təsir edəcək.

Vizanın ləğvi onun sahibinin ABŞ-dən dərhal deportasiyası demək deyil. Ölkəyə turist və ya iş məqsədləri ilə daxil olan şəxs isə statusunu itirəcək və fərqli immiqrasiya kateqoriyasına keçiriləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.