• Home  
  • “Roma” Frank Kessye ilə müqavilə bağlamaq istəyir
- Dünya - Gündəm - Idman

“Roma” Frank Kessye ilə müqavilə bağlamaq istəyir

İtaliyanın “Roma” klubu Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasının keçmiş yarımmüdafiəçisi Frank Kessyeni heyətinə qatmaq niyyətindədir. Əks-səda xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb. Paytaxt təmsilçisi Fildişi Sahilindən olan 29 yaşlı futbolçunun transfer imkanlarını araşdırır. Komandanın baş məşqçisi Can Pyero Qasperini bu yarımmüdafiəçini kollektivində görməyi çox istəyir. Qeyd edək ki, 2023-cü ilin avqustundan “Əl-Əhli”də […]

İdman

İtaliyanın “Roma” klubu Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasının keçmiş yarımmüdafiəçisi Frank Kessyeni heyətinə qatmaq niyyətindədir.

Əks-səda xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.

Paytaxt təmsilçisi Fildişi Sahilindən olan 29 yaşlı futbolçunun transfer imkanlarını araşdırır. Komandanın baş məşqçisi Can Pyero Qasperini bu yarımmüdafiəçini kollektivində görməyi çox istəyir.

Qeyd edək ki, 2023-cü ilin avqustundan “Əl-Əhli”də çıxış edən F.Kessye müqavilə müddəti bitdikdən sonra azad agent statusu alıb. O, 2025/2026 mövsümündə keçirdiyi 42 matçda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı oyunçunun dəyərini 12 milyon avro qiymətləndirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.