İngiltərənin “Aston Villa” klubunun qapıçısı Emiliano Martines karyerasını “Çelsi”də davam etdirə bilər.
Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı qolkiper London təmsilçisinə keçməyə hazırdır. Hazırda “zadəganlar” təcrübəli oyunçunun mümkün transferini müzakirə edir.
Xatırladaq ki, E.Martines 2020-ci ildən “Aston Villa”da çıxış edir. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.


