• Home  
  • Bərdədə avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Bərdədə avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var

Bərdə rayonunda avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Məlumata görə, idarəermədən çıxan “Changan” markalı avtomobilin yol kənarındakı evə çırpılması nəticəsində tikilinin divarı uçub. Qəza zamanı evdə olan bir ailənin 3 üzvü – Sevinc, Xədicə və Günel İsmayılzadələr müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi […]

Hadisə

Bərdə rayonunda avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var.

Əks-səda xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Məlumata görə, idarəermədən çıxan “Changan” markalı avtomobilin yol kənarındakı evə çırpılması nəticəsində tikilinin divarı uçub.

Qəza zamanı evdə olan bir ailənin 3 üzvü – Sevinc, Xədicə və Günel İsmayılzadələr müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.