• Home  
  • İspaniyada 4 dəqiqə ərzində muzeydən 1,7 milyon avro dəyərində qızıl əşyalar oğurlanıb
- Dünya - Gündəm - KriminaI - Maraqlı

İspaniyada 4 dəqiqə ərzində muzeydən 1,7 milyon avro dəyərində qızıl əşyalar oğurlanıb

İspaniyanın Vilyena şəhərində muzeydən “Vilyena xəzinələri” kimi tanınan Tunc dövrünə aid qızıl kolleksiyası oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Naməlum şəxslər arxeologiya muzeyini qarət edib və kolleksiyadan 50-dən çox əşyanı oğurlayıblar. “Vilyena muzeyində siqnalizasiya səhər saat 5:20 radələrində işə düşüb. Oğrular saat 5:24-də binanı tərk ediblər. Çox sürətli və çox […]

Hadisə

İspaniyanın Vilyena şəhərində muzeydən “Vilyena xəzinələri” kimi tanınan Tunc dövrünə aid qızıl kolleksiyası oğurlanıb.

Əks-səda xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Naməlum şəxslər arxeologiya muzeyini qarət edib və kolleksiyadan 50-dən çox əşyanı oğurlayıblar.

“Vilyena muzeyində siqnalizasiya səhər saat 5:20 radələrində işə düşüb. Oğrular saat 5:24-də binanı tərk ediblər. Çox sürətli və çox peşəkar əməliyyat olub”, – şəhər şurasının nümayəndəsi bildirib.

Oğurlanmış eksponatlar arasında: 29 qolbaq, 11 kasa, üç butulka və digər əşyalar var. Onların əksəriyyəti qızıldan hazırlanıb.

Şəhərin meri Fulgensio Serdan qeyd edib ki, oğurlanmış əşyalardakı qızılın dəyəri təxminən 1,7 milyon avro təşkil edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.