• Home  
  • Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq

Sabah Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa rayonunun Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırlı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərinin […]

Cəmiyyət

Sabah Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılacaq.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa rayonunun Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırlı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, payız-qış mövsümünə hazırlıq işləri və aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatında fasilə olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.