• Home  
  • ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
- Dünya - Gündəm - Hadisə

ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib

ABŞ hərbçiləri Meksika sərhədi yaxınlığında bu ölkənin üç narkotik kartelinin dronunun məhv olunması üçün lazer silahından istifadə edib. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri bildiriblər. Qeyd olunur ki, Şimali Amerikanin Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı AMP-HEL çoxmissiyalı lazer sistemindən istifadə ediblər. Əməliyyatın yeri açıqlanmır. “Reuters” dronların […]

Dünya

ABŞ hərbçiləri Meksika sərhədi yaxınlığında bu ölkənin üç narkotik kartelinin dronunun məhv olunması üçün lazer silahından istifadə edib.

Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri bildiriblər.

Qeyd olunur ki, Şimali Amerikanin Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı AMP-HEL çoxmissiyalı lazer sistemindən istifadə ediblər.

Əməliyyatın yeri açıqlanmır. “Reuters” dronların ABŞ və ya Meksika ərazisi üzərində vurulub-vurulmadığını müəyyən edə bilməyib.

ABŞ hərbçilərinin açıqlamasına görə, dronlar ABŞ qoşunları, Gömrük və Sərhəd Mühafizəsi personalı üçün fiziki təhlükə yaradıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.