• Home  
  • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi saxlayıblar. Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham […]

Kriminal

Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi saxlayıblar.

Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham olunur.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarpi gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.