• Home  
  • Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb

Böyük Britaniyanın Qərbi Sasseks qraflığında keçirilən “Big Church Festival” xristian musiqi festivalında böyük lövhənin düşməsi nəticəsində ən azı bir nəfər ölüb, daha altı nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. Qəzetin məlumatına görə, yerli vaxtla saat 15:38 radələrində polis əməkdaşları lövhənin festival ziyarətçilərinin üzərinə düşməsi barədə məlumat aldıqdan sonra Vaşinqton-rouda […]

Hadisə

Böyük Britaniyanın Qərbi Sasseks qraflığında keçirilən “Big Church Festival” xristian musiqi festivalında böyük lövhənin düşməsi nəticəsində ən azı bir nəfər ölüb, daha altı nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Qəzetin məlumatına görə, yerli vaxtla saat 15:38 radələrində polis əməkdaşları lövhənin festival ziyarətçilərinin üzərinə düşməsi barədə məlumat aldıqdan sonra Vaşinqton-rouda gəliblər. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 41 yaşlı kişinin ölümünü təsdiqləyiblər. Azı altı nəfər isə xəsarət alıb.

Hadisədən sonra təşkilatçılar festivalın ləğv olunduğunu elan ediblər.

“The Independent” qeyd edib ki, “Big Church Festival” 2009-cu ildə təsis edilib və Böyük Britaniyanın ən böyük xristian festivalı kimi təqdim olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.