• Home  
  • Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobilinin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri – 37 yaşlı Maxruq Əliyeva, 16 yaşlı Fatimə Əliyeva, […]

Hadisə

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobilinin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri – 37 yaşlı Maxruq Əliyeva, 16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.