• Home  
  • Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb. “İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında “Qafqaz” federal avtoyolunda sərnişin avtobusunun yük nəqliyyat vasitəsi ilə toqquşması baş verib”, – məlumatda bildirilib. Qurumun məlumatına görə, beş nəfər həlak olub, həmçinin […]

Hadisə

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

“İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında “Qafqaz” federal avtoyolunda sərnişin avtobusunun yük nəqliyyat vasitəsi ilə toqquşması baş verib”, – məlumatda bildirilib.

Qurumun məlumatına görə, beş nəfər həlak olub, həmçinin xəsarət alanlar da var, onlara tibbi yardım göstərilir. Yol-nəqliyyat hadisəsi faktı üzrə prokurorluq yoxlama aparır.

Stavropol diyarının Dövlət Avtomobil Müfəttişliyindən dəqiqləşdiriblər ki, beşi uşaq olmaqla, 24 nəfər xəsarət alıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.