Rusiya qoşunları Ukraynanın Odessa vilayətindəki “Novaya poçta”nın terminalına zərbə endirib.
Əks-səda xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper “Telegram” kanalında məlumat verib.
“Zərbədən sonra obyektdə baş verən yanğın artıq söndürülüb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb”, – o yazıb.
O.Kiperin sözlərinə görə, bütün müvafiq xidmətlər zərbənin endirildiyi ərazidədir.


