• Home  
  • Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
- Dünya - Gündəm - Hadisə

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiya qüvvələrinə məxsus radiolokasiya stansiyasını, “Triumf” S-400 zenit-raket kompleksinin (ZRK) komanda-qərargah maşınını, rabitə qovşağını, pilotsuz uçuş aparatlarını idarəetmə məntəqəsini və maddi-texniki təchizat anbarlarını vurub. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, zərbələr ötən gün ərzində və avqustun 31-nə keçən gecə endirilib. Xüsusilə Rusiyanın […]

Rusiya - Ukrayna

Ukrayna Müdafiə Qüvvələri Rusiya qüvvələrinə məxsus radiolokasiya stansiyasını, “Triumf” S-400 zenit-raket kompleksinin (ZRK) komanda-qərargah maşınını, rabitə qovşağını, pilotsuz uçuş aparatlarını idarəetmə məntəqəsini və maddi-texniki təchizat anbarlarını vurub.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbələr ötən gün ərzində və avqustun 31-nə keçən gecə endirilib.

Xüsusilə Rusiyanın Bryansk vilayətinin Desnyansk rayonunda radiolokasiya stansiyası, vilayətin Ploskobukreyevka rayonunda isə S-400 ZRK-nin komanda-qərargah maşını vurulub.

Bundan başqa, Rusiya qüvvələri bölməsinin Belqorod vilayətinin Zimovnoye ərazisindəki rabitə qovşağı və Zaporojye vilayətinin Qulyaypole ərazisindəki PUA idarəetmə məntəqəsi vurulub.

Həmçinin Krımın müvəqqəti işğal olunmuş Kir-Baylar, Luqansk vilayətinin Verxnekamenka və Rusiyanın Kursk vilayətinin Popovo-Lejaçi ərazilərində maddi-texniki təchizat anbarları vurulub.

Dəyən ziyanın miqyası müəyyənləşdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.