• Home  
  • Haaqa məhkəməsi Pakistanın xeyrinə qərar çıxarıb
- Dünya - Gündəm - Hadisə - Siyasət

Haaqa məhkəməsi Pakistanın xeyrinə qərar çıxarıb

Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsi Hindistanın Cammu və Kəşmirdəki “Ratle” su elektrik stansiyasında (SES) tikinti işlərinin bir hissəsini dayandırmalı olması barədə qərar çıxarıb. Əks-səda xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumata görə, Daimi Arbitraj Məhkəməsinin avqustun 31-də qəbul etdiyi qərara əsasən, Hindistan birtərəfli qaydada Hind Suları Müqaviləsini dayandıra, ləğv edə və ya […]

Dünya

Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsi Hindistanın Cammu və Kəşmirdəki “Ratle” su elektrik stansiyasında (SES) tikinti işlərinin bir hissəsini dayandırmalı olması barədə qərar çıxarıb.

Əks-səda xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Daimi Arbitraj Məhkəməsinin avqustun 31-də qəbul etdiyi qərara əsasən, Hindistan birtərəfli qaydada Hind Suları Müqaviləsini dayandıra, ləğv edə və ya dayandırma rejiminə keçirə bilməz.

Məhkəmə yekdilliklə müqavilənin tam qüvvədə qaldığını və Hindistan üçün məcburi olduğunu yekdilliklə təsdiqləyib. Bununla yanaşı, suverenlik məsələləri də daxil olmaqla Hindistanın istinad edə biləcəyi birtərəfli dayandırma üçün mümkün əsaslar rədd edilib.

Qərara əsasən, müqavilə yalnız Hindistan və Pakistan tərəfindən birlikdə, yeni sazişin bağlanması yolu ilə dəyişdirilə və ya ləğv edilə bilər.

Məhkəmə ayrıca olaraq “Ratle” su elektrik stansiyasının tikintisi məsələsinə də baxıb. Pakistanın müvəqqəti tədbirlərin görülməsi ilə bağlı üç vəsatəti təmin edilib.

“Müstəqil ekspert qərar qəbul edənə qədər Hindistana bənd divarının və suqəbuledici qurğunun bəzi hissələrinə müəyyən edilmiş səviyyələrdən artıq beton tökmək qadağandır. Bundan başqa, Hindistan obyektin tikinti qrafikindəki dəyişikliklər barədə məlumat verməyə borcludur”, – bəyanatda qeyd olunur.

Məhdudiyyətlər müstəqil ekspertin yekun qərar verməsindən sonra 90 gün ərzində qüvvədə olacaq. Qərarın 2027-ci ilin iyul ayında qəbul ediləcəyi gözlənilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.