• Home  
  • Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
- Dünya - Gündəm - Hadisə

Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib

Niderland polisinin əməkdaşları Overasselt kəndində bir nəfərin həyatına son qoyan atışmadan sonra 34 nəfəri saxlayıblar. Əks-səda xəbər verir ki, saxlanılanlar arasında Fransa, Əlcəzair, Belçika və Niderland vətəndaşları var. Məlumata görə, səhər tezdən Amsterdamdan təxminən 135 kilometr cənub-şərqdə yerləşən Overasseltdə atışma baş verib, nəticədə bir nəfər ölüb, iki polis əməkdaşı isə yaralanıb. Onlar xəstəxanada müalicə alırlar. Təhlükəsizlik kameralarının […]

Hadisə

Niderland polisinin əməkdaşları Overasselt kəndində bir nəfərin həyatına son qoyan atışmadan sonra 34 nəfəri saxlayıblar.

Əks-səda xəbər verir ki, saxlanılanlar arasında Fransa, Əlcəzair, Belçika və Niderland vətəndaşları var.

Məlumata görə, səhər tezdən Amsterdamdan təxminən 135 kilometr cənub-şərqdə yerləşən Overasseltdə atışma baş verib, nəticədə bir nəfər ölüb, iki polis əməkdaşı isə yaralanıb. Onlar xəstəxanada müalicə alırlar.

Təhlükəsizlik kameralarının kadrlarında xizək maskalı 30-a yaxın silahlı şəxsin küçə ilə getdiyi, atəş açdığı və daha sonra cinayət yerindən qaçdığı görünür.

Polis yerli sakinləri müvəqqəti olaraq evdən çıxmamağa çağıraraq həmin ərazidə irimiqyaslı əməliyyata başlayıb.

Niderland milli polisinin rəhbəri Cenni Knol “X” sosial şəbəkəsində bildirib ki, artıq çox sayda şübhəli şəxs saxlanılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.