• Home  
  • Rumıniyada onlarla turist qidadan zəhərlənib
- Dünya - Gündəm - Hadisə

Rumıniyada onlarla turist qidadan zəhərlənib

Rumıniyanın Qara dəniz sahilindəki kurortundakı “Saturn” otelində azı altı nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib, daha 36 nəfər isə tibbi yardım alır. Əks-səda xəbər verir ki, bu barədə “Dobrudja” Regional Fövqəladə Hallar Müfəttişliyi məlumat verib. Onlarla qonaq şiddətli ağrı səbəbindən tibbi yardıma müraciət edib. Hakimiyyət orqanları qırmızı müdaxilə planı verib və otelə təcili yardım maşınları və xilasedicilər […]

Hadisə

Rumıniyanın Qara dəniz sahilindəki kurortundakı “Saturn” otelində azı altı nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib, daha 36 nəfər isə tibbi yardım alır.

Əks-səda xəbər verir ki, bu barədə “Dobrudja” Regional Fövqəladə Hallar Müfəttişliyi məlumat verib.

Onlarla qonaq şiddətli ağrı səbəbindən tibbi yardıma müraciət edib. Hakimiyyət orqanları qırmızı müdaxilə planı verib və otelə təcili yardım maşınları və xilasedicilər göndərilib.

Rumıniya Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlərdə qida zəhərlənməsi əlaməti özünü göstərir. Qeyd olunur ki, 55 nəfərə təcili tibbi yardım göstərilib, yerli səhiyyə idarəsinin rəsmiləri test üçün otelin mətbəxindən nümunələr götürüblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.