• Home  
  • Türkiyənin iki ticarət gəmisi Mərmərə dənizində toqquşub, itkin düşənlər var
- Dünya - Gündəm - Hadisə

Türkiyənin iki ticarət gəmisi Mərmərə dənizində toqquşub, itkin düşənlər var

Mərmərə dənizində Silivri şəhəri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:00-da Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən […]

Hadisə

Mərmərə dənizində Silivri şəhəri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:00-da Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi ilə toqquşub.

Qəza barədə məlumatdan sonra Sahil Mühafizəsi Xidməti, Mərmərə və Boğazlar Regional Komandanlığından çoxsaylı dəniz qüvvələri bölmələri, eləcə də Sahil Mühafizəsi helikopteri əraziyə göndərilib.

İlkin baxış zamanı ALSU gəmisində ziyanın olmadığı müəyyən edilib. Qeyd olunur ki, TUĞBERK İMAMOĞLU adlı ticarət gəmisinin göyərtəsindəki 10 heyət üzvü ilə əlaqə kəsilib.

Gəminin heyət üzvlərinin xilas olunması üçün bölgədəki dəniz və hava qüvvələri bölmələri tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.