• Home  
  • Qazaxıstan və “Rosatom” Almatı yaxınlığında AES-in tikintisi ilə bağlı saziş imzalayıb
- Dünya - Gündəm - Texnologiya

Qazaxıstan və “Rosatom” Almatı yaxınlığında AES-in tikintisi ilə bağlı saziş imzalayıb

“Qazaxıstan Atom Elektrik Stansiyaları” (KAES) MMC ilə Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyası arasında Qazaxıstanda “Balxəş” Atom Elektrik Stansiyasının (AES) ümumi gücü 2 400 MVt olan iki enerji blokunun tikintisini nəzərdə tutan EPC müqaviləsi imzalanıb. Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, müqavilənin imzalanması Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub. “Rosatom”un lisenziya alması və AES-in […]

Texnologiya

“Qazaxıstan Atom Elektrik Stansiyaları” (KAES) MMC ilə Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyası arasında Qazaxıstanda “Balxəş” Atom Elektrik Stansiyasının (AES) ümumi gücü 2 400 MVt olan iki enerji blokunun tikintisini nəzərdə tutan EPC müqaviləsi imzalanıb.

Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, müqavilənin imzalanması Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub.

“Rosatom”un lisenziya alması və AES-in tikintisinə başlanılması 2027-ci ildə gözlənilir. Stansiyanın on il ərzində istismara verilməsi nəzərdə tutulur.

Bu barədə müqavilənin imzalanmasından sonra jurnalistlərə “Rosatom”un baş direktoru Aleksey Lixaçov və Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat veriblər.

AES Almatı vilayətinin Ülken qəsəbəsində, Balxaş gölünün sahilində inşa ediləcək.

Stansiya Qazaxıstanda böyük gücə malik ilk sənaye tipli AES olacaq. Onun tikintisi ilə bağlı qərar 6 oktyabr 2024-cü ildə keçirilmiş ümumxalq referendumunda qəbul edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.