• Home  
  • Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb
- Dünya - Gündəm - Hadisə

Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb

Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, daha 59 insan yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Unitel” telekanalı polisə istinadən məlumat yayıb. “İki nəfər ölüb, yeddi nəfər itkin düşüb, 59 nəfər yaralanıb”, – telekanal veb saytında polis komandanının müavini Rocer Roka istinadən bildirib. Boliviyanın müdafiə naziri Ernesto […]

Hadisə

Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, daha 59 insan yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Unitel” telekanalı polisə istinadən məlumat yayıb.

“İki nəfər ölüb, yeddi nəfər itkin düşüb, 59 nəfər yaralanıb”, – telekanal veb saytında polis komandanının müavini Rocer Roka istinadən bildirib.

Boliviyanın müdafiə naziri Ernesto Xustinianonun sözlərinə görə, yaralılardan altısı hərbçi, qalanları isə mülki şəxslərdir.

Xilasetmə qrupları hadisə yerində işləyir. Nazir bildirib ki, partlayış “pirotexniki materialların” saxlanıldığı sektorda baş verib.

Zərbə dalğası yaxınlıqdakı evlərə də ziyan vurub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.