• Home  
  • ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
- Dünya - Gündəm - Hadisə

ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

İranın “M/T Kylo” neft tankeri ABŞ-ın ötən gün endirdiyi raket zərbəsindən sonra Oman körfəzində batıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “ABŞ hərbçilərinin dəqiqliyi və peşəkarlığı sayəsində bu gün Oman körfəzində Kylo tankeri batıb və İran Hərbi Dəniz Qüvvələrinin sıralarını dənizin dibində tamamlayıb”, – deyə […]

Hadisə

İranın “M/T Kylo” neft tankeri ABŞ-ın ötən gün endirdiyi raket zərbəsindən sonra Oman körfəzində batıb.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ hərbçilərinin dəqiqliyi və peşəkarlığı sayəsində bu gün Oman körfəzində Kylo tankeri batıb və İran Hərbi Dəniz Qüvvələrinin sıralarını dənizin dibində tamamlayıb”, – deyə məlumatda qeyd olunub.

Yayımlanan videodan göründüyü kimi, hücum zamanı gəminin gövdəsinə azı dörd raket dəyib və bundan sonra tankerdə yanğın başlayıb. Daha sonra gəmi böyrü üstə çevrilərək batıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.