• Home  
  • Tibetdə baş verən sürüşmədə ölənlərin sayı 40 nəfəri keçib
- Dünya - Gündəm - Hadisə

Tibetdə baş verən sürüşmədə ölənlərin sayı 40 nəfəri keçib

Çin-Nepal sərhədində (Tibet Muxtar Vilayətində) güclü torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb, 519 nəfər isə itkin düşmüş hesab olunur. Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə Çin hakimiyyəti məlumat yayıb. Nepal tərəfinin son məlumatlarına görə, təbii fəlakət qurbanlarının ümumi sayı 1,3 min nəfəri keçib, 4,8 mindən çox insan isə hələ də tapılmayıb. […]

Hadisə

Çin-Nepal sərhədində (Tibet Muxtar Vilayətində) güclü torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb, 519 nəfər isə itkin düşmüş hesab olunur.

Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə Çin hakimiyyəti məlumat yayıb.

Nepal tərəfinin son məlumatlarına görə, təbii fəlakət qurbanlarının ümumi sayı 1,3 min nəfəri keçib, 4,8 mindən çox insan isə hələ də tapılmayıb.

Axtarış-xilasetmə işləri davam edir.

Təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumata görə, daşqına Çinlə sərhəddə baş verən uçqun səbəb olub. Güclü su, palçıq və dağ süxurları axını çay yatağı boyunca böyük sürətlə 70 km-dən çox məsafəni qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.