Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Aşağı Daşarx kəndində minik avtomobili yanıb.
Əks-səda xəbər verir ki, иu barədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğın baş verən əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş verən yanğının genişlənərək ətraf əraziyə, o cümlədən yaxınlıqdakı elektrik dirəyinə yayılmasına imkan verilmədən söndürülüb.
Xəsarət alan olmayıb.


