• Home  
  • Cəlilabadda avtomobil yanıb
- Gündəm - Hadisə - Ölkə

Cəlilabadda avtomobil yanıb

Cəlilabad rayonunda minik avtomobili yanıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Abdullu kənd sakini Mübariz Zamanova məxsus olan “VAZ 2106” markalı avtomobili yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. […]

Hadisə

Cəlilabad rayonunda minik avtomobili yanıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Abdullu kənd sakini Mübariz Zamanova məxsus olan “VAZ 2106” markalı avtomobili yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, yanğına avtomobildə baş verən qısaqapanma səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.