• Home  
  • Ukrayna Rusiyanın regionlarındakı neft emalı müəssisələrinə zərbələr endirib
- Dünya - Gündəm - Hadisə

Ukrayna Rusiyanın regionlarındakı neft emalı müəssisələrinə zərbələr endirib

Ukrayna Rusiyanın bir sıra regionlarında neft emalı müəssisələrinə zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, zərbələr Ryazan vilayətindəki neft emalı zavoduna, Perm vilayəti və Tatarıstandakı neft emalı obyektlərinə endirilib. Öz növbəsində, Tatarıstan Rəisi Rüstəm Minnixanovun mətbuat xidməti regiona pilotsuz uçuş aparatları vasitəsilə zərbələr […]

Hadisə

Ukrayna Rusiyanın bir sıra regionlarında neft emalı müəssisələrinə zərbələr endirib.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, zərbələr Ryazan vilayətindəki neft emalı zavoduna, Perm vilayəti və Tatarıstandakı neft emalı obyektlərinə endirilib.

Öz növbəsində, Tatarıstan Rəisi Rüstəm Minnixanovun mətbuat xidməti regiona pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirildiyini təsdiqləyib: “Hücum nəticəsində həm mülki, həm də sənaye obyektində cüzi zədələnmələr qeydə alınıb”.

Məlumata görə, ölən və xəsarət alan yoxdur, dağıntılar qeydə alınmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.