“Fiorentina” Paolo Vanolinin komandanın baş məşqçisi vəzifəsinə qayıtdığını açıqlayıb.
Əks-səda xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytında məlumat yayılıb.
Daha əvvəl komandaya iyunun 8-də baş məşqçi təyin olunan Fabio Qrosso rəhbərlik edirdi. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Vanoli daha əvvəl 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər “Fiorentina”nı çalışdırıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.
Mütəxəssis müxtəlif illərdə İtaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında, həmçinin “Spartak”, “Venesiya” və “Torino” klublarında çalışıb.
“Fiorentina” cari A Seriyası mövsümünün ilk üç turunda xal qazana bilməyib. Komanda “Roma”ya 0:4, “Frozinone”yə 0:3 hesabı ilə uduzub, həmçinin “Torino” ilə qarşılaşmada məğlub olub. Hazırda Florensiya təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


