• Home  
  • Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
- Dünya - Gündəm - Hadisə

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Ukrayna və Rusiya sentyabrın 8-nə keçən gecə raket və pilotsuz uçuş aparatları (PUA) ilə qarşılıqlı zərbə mübadiləsini davam etdirib. Əks-səda Ukrayna mediasına istinadən xəbər verir ki, ölənlər və onlarla yaralananlar var. Bildirilib ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Rusiya qoşunlarının Kiyevə kombinə edilmiş hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb. Rusiyanın […]

Dünya

Ukrayna və Rusiya sentyabrın 8-nə keçən gecə raket və pilotsuz uçuş aparatları (PUA) ilə qarşılıqlı zərbə mübadiləsini davam etdirib.

Əks-səda Ukrayna mediasına istinadən xəbər verir ki, ölənlər və onlarla yaralananlar var.

Bildirilib ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Rusiya qoşunlarının Kiyevə kombinə edilmiş hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Rusiyanın Müdafiə Nazirliyi öz növbəsində bəyan edib ki, ölkənin Silahlı Qüvvələri gecə saatlarında yüksək dəqiqlikli silahlar və PUA-larla Ukraynadakı hədəflərə kütləvi zərbə endirib. Qurumdan həmçinin bildirib ki, ötən gecə ərzində Ukraynaya məxsus 384 pilotsuz uçuş aparatı Rusiya hərbçiləri tərəfindən məhv edilib. Rusiya mediasının Saratov vilayətinin qubernatoru Roman Busarginə istinadən verdiyi məlumata görə, Saratovda Ukraynanın PUA-larla etdiyi hücum nəticəsində 10 nəfər xəsarət alıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.