• Home  
  • “Milan” “Real”ın hücumçusu Endriki icarəyə götürmək niyyətindədir
- Dünya - Gündəm - Idman

“Milan” “Real”ın hücumçusu Endriki icarəyə götürmək niyyətindədir

İspaniyanın “Real” klubunun hücumçusu Endrik “Milan”ın (İtaliya) 2027-ci ilin qış “transfer pəncərəsi”ndə əsas hədəfi olacaq. Əks-səda xəbər verir ki, A Seriyası təmsilçisi 20 yaşlı braziliyalı forvardı satınalma hüququ ilə icarəyə götürməyi planlaşdırır. İtaliya klubu futbolçunu bu yay heyətə qatmaq istəsə də, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo keçidə qarşı çıxıb. Hazırda zədəsini müalicə etdirən oyunçu 2025/2026 […]

İdman

İspaniyanın “Real” klubunun hücumçusu Endrik “Milan”ın (İtaliya) 2027-ci ilin qış “transfer pəncərəsi”ndə əsas hədəfi olacaq.

Əks-səda xəbər verir ki, A Seriyası təmsilçisi 20 yaşlı braziliyalı forvardı satınalma hüququ ilə icarəyə götürməyi planlaşdırır.

İtaliya klubu futbolçunu bu yay heyətə qatmaq istəsə də, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo keçidə qarşı çıxıb.

Hazırda zədəsini müalicə etdirən oyunçu 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib. O, Fransa təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “Transfermarkt” portalı braziliyalı hücumçunun dəyərini 40 milyon avro qiymətləndirir. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.