• Home  
  • Bərdədə bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb
- Cəmiyyət - Gündəm - Ölkə

Bərdədə bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb

Bərdə rayonunda bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti məlumat yayıb. Bildirilib ki, rayonda yağan yağış və güclü külək nəticəsində Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən xətlərdə nasazlıq yaranıb. […]

Cəmiyyət

Bərdə rayonunda bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonda yağan yağış və güclü külək nəticəsində Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən xətlərdə nasazlıq yaranıb.

Bununla əlaqədar Mərkəzi su anbarının su ilə doldurulmasında çətinlik yaranıb. Yaranmış nasazlıq səbəbindən anbardan su götürən bəzi ərazilərin içməli su təminatında fasilələr yaranıb.

Hazırda Füzuli, M. Rəsulzadə, Üzeyir Hacıbəyov küçələrinin 1, 2, 3, 4, 6 və 43-cü məhəllələri, Heydər Əliyev prospekti, Bakı, İsmət Qayıbov, Sabir, Nüşabə, Cəlil Məmmədquluzadə, Həzi Aslanov, M.F. Axundov, Koroğlu, Gəncə, Vaqif, Babək və Bakıxanov küçələrinin su təminatında çətinliklər müşahidə olunur.Nasazlığın aradan qaldırılması və Mərkəzi su anbarının su ilə doldurulmasının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.