• Home  
  • AFFA İntizam Komitəsi 4 klubu cərimələyib
- Gündəm - Idman - Ölkə

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İNtizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib. Əks-səda xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub. Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib. Sentyabrın […]

İdman

Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İNtizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib.

Əks-səda xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib.

Sentyabrın 6-da baş tutan “Turan Tovuz” – “Sumqayıt” görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.