• Home  
  • Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
- Gündəm - İQTİSADİYYAT - Ölkə

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb. Təkcə avqustda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 13 […]

İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Əks-səda xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Təkcə avqustda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 13 % çox – 350,8 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 80,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 11,4 % artaraq 251,1 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 2,3 dəfə, pambıq ipliyin ixrac dəyəri 62,2 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 42,8 %, bitki-heyvan mənşəli piy-yağın ixrac dəyəri 30,2 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 20,5 %, pambıq lifinin ixrac dəyəri 17,8 %, meyvə-tərəvəzin ixrac dəyəri 13,7 %, çayın ixrac dəyəri isə 12,1 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 19,2 % artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 22,1 % artaraq 255,8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,9 % artaraq 987,8 milyon ABŞ dolları təşkil edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.