• Home  
  • Abdullah Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək
- Dünya - Gündəm - Idman

Abdullah Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək

“Qarabağ”la yollarını ayıran fransalı futbolçu Abdullah Zubir Səudiyyə Ərəbistanının “Əl-Oruba” klubunda çıxış edə bilməyəcək. Əks-səda xəbər verir ki, “Əl-Oruba” 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqası üçün qeydiyyatdan keçirə bilməyib. Buna klubun maliyyə təminatının Liqanın tələblərinə cavab verməməsi səbəb olub. Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda […]

İdman

“Qarabağ”la yollarını ayıran fransalı futbolçu Abdullah Zubir Səudiyyə Ərəbistanının “Əl-Oruba” klubunda çıxış edə bilməyəcək.

Əks-səda xəbər verir ki, “Əl-Oruba” 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqası üçün qeydiyyatdan keçirə bilməyib.

Buna klubun maliyyə təminatının Liqanın tələblərinə cavab verməməsi səbəb olub.

Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında da iştirak edib.

Beləliklə, Zubir hazırda azad agent statusundadır və karyerasını başqa klubda davam etdirə bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.